Göygöldə bir ailənin üzvləri yol qəzasına düşüb - ölən və yaralananlar var

Göygöldə bir ailənin üzvləri yol qəzasına düşüb - ölən və yaralananlar var
SOSİAL
22:03 23.06.2020
1394
Göygöl rayonunda bir ailənin üzvləri yol qəzasına düşüb, ölən və yaralananlar var. 

"Report”un məlumatına görə, hadisə rayonun Aşıqlı kəndində qeydə alınıb.

"QAZ-24” markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılması nəticəsində bir nəfər vəfat edib, dörd nəfər isə xəsarət alıb. Xəsarət alanlar arasında azyaşlılar da var. 

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
OXŞAR XƏBƏRLƏR