Göygöldə fermerlərlə görüş keçirildi - FOTOLAR

Göygöldə fermerlərlə görüş keçirildi - FOTOLAR
SOSİAL
15:35 31.07.2026
159
Göygöldə rayon rəhbərliyinin iştirakı ilə yerli fermerlər, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar, eləcə də aidiyyəti qurumların rəhbər və nümayəndələri ilə görüş keçirilib.

AZXEBER.COM xəbər verir ki, görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı kənd təsərrüfatının ölkə iqtisadiyyatının inkişafında, ərzaq təhlükəsizliyinin təmin olunmasında və regionların sosial-iqtisadi tərəqqisində mühüm rol oynadığını bildirib. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aqrar sahənin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu sahədə həyata keçirilən islahatlar kənd təsərrüfatının dayanıqlı inkişafına geniş imkanlar yaradır.

Bildirilib ki, "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair Dövlət Proqramı"ndan irəli gələn vəzifələrin icrası məqsədilə yerli icra hakimiyyətləri tərəfindən "2026–2030-cu illər kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair İş Planı" hazırlanıb.

Görüşdə İş Planında nəzərdə tutulan əsas istiqamətlər – kənd təsərrüfatı istehsalının genişləndirilməsi, emal müəssisələrinin inkişafı, müasir texnologiyaların tətbiqi, fermerlərin bilik və bacarıqlarının artırılması, dövlət dəstəyi mexanizmlərindən səmərəli istifadə və kənd yerlərində məşğulluğun artırılması barədə ətraflı məlumat verilib.

Tədbir zamanı aqrar sahənin inkişaf perspektivləri müzakirə olunub, fermerlər dövlət dəstəyi mexanizmləri, mövcud problemlər və gələcək inkişaf istiqamətləri ilə bağlı fikir və təkliflərini səsləndiriblər. Səsləndirilən təkliflərin ümumiləşdirilərək İş Planına əlavə olunacağı bildirilib.  

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR