Göygöldə illərdir davam edən susuzluq PROBLEMİ - VİDEO

Göygöldə illərdir davam edən susuzluq PROBLEMİ - VİDEO
SOSİAL
05:43 01.07.2026
275
40 ilə yaxındır salınmış yaşayış massivinin sakinlərinin böyük bir hissəsi uzun müddətdir susuzluq problemi ilə üz-üzədir.
 
AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət Göygöl rayonunun Yeni Qızılca kəndindən gedir.

Mindən artıq ev olan kənddə əhalinin bir hissəsi artezian suyu ilə təmin olunsa da, digər sakinlər illərdir şəxsi vəsaitləri hesabına çəkdikləri çay suyuna göz tikiblər. Lakin, son vaxtlar həmin su da xeyli azaldığından sakinlərin gündəlik tələbatını ödəməyə kifayət etmir.

Sakinlərin sözlərinə görə, kəndin yaxınlığından iri magistral su xətti keçir. Onlar hesab edirlər ki, bu amil yaşayış massivinin içməli su ilə təmin olunmasını texniki baxımdan mümkün edir. 

Məsələ ilə əlaqədar Göygöl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən bildirildi ki, Yeni Qızılca kəndinə qapalı boru xəttinin çəkilişi üçün artıq Regional Su Meliorasiya xidmətinə müraciət olunub. 

Qurum rəsmisi həmçinin bildirib ki, İdarə tərəfindən zərurət yarandıqca sakinlər tərəfindən çəkilmiş yerli qapalı boru xətlərinə təmir xidməti göstərilir.

OXŞAR XƏBƏRLƏR