Göygöldə keçirilən Milli Yaylaq Festivalında səhnə uçub. AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Milli Yaylaq Fevralının keçirildiyi Xan Yurdu adlanan ərazidə qeydə alınıb. Səhnənin uçması nəticəsində bir neçə nəfər xəsarət alıb. Əraziyə təcili tibbi yardım avtomobilləri cəlb edilib.