Göygöldə minik avtomobili aşıb, sərnişin ölüb

Göygöldə minik avtomobili aşıb, sərnişin ölüb
HADİSƏ
23:07 18.04.2025
877
Göygöldə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çaylı kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Qəza zamanı avtomobildə olan sərnişin 2007-ci il təvəllüdlü Ö.İsmayılov hadisə yerində ölüb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR