Göygöldə minik maşını dirəyə çırpılıb, xəsarət alan var

Göygöldə minik maşını dirəyə çırpılıb, xəsarət alan var
HADİSƏ
18:57 29.03.2025
352
Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
 
AZXEBER.COM  "APA"ya istinadən xəbər verir ki, hadisə Gəncə-Daşkəsən yolunda, Yeni Qızılca kəndi ərazisində qeydə alınıb.

"Mercedec" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı ışıq dirəyinə çırpılıb. Qəza nəticəsində 2004-cü il təvəllüdlü N.Abdullayev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Avtomobilə və elektrik təsərrüfatına ziyan dəyib.
 
Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR