Göygöldə quyuya düşən şəxs xilas olunub

Göygöldə quyuya düşən şəxs xilas olunub
HADİSƏ
10:35 12.06.2025
253
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Göygöl şəhərində 1 nəfərin quyuya düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

AZXEBER.COM FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
 
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində dərinliyi təqribən 7 metr olan quyudan 1 nəfərin xilas olunması təmin edilib.



OXŞAR XƏBƏRLƏR