Göygöl Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu təşkil olunub.
AZXEBER.COM xəbər verir ki, qəbul zamanı rayon sakinlərinin müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib. Səsləndirilən problemlərin operativ həlli məqsədilə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Müraciətlərin bir qismi yerində həllini tapıb, digər məsələlər isə araşdırılması və həlli istiqamətində nəzarətə götürülüb.
Qəbulda iştirak edən vətəndaşlar müraciətlərinə göstərilən diqqət və həssas yanaşmaya görə minnətdarlıqlarını ifadə ediblər.














































