Göygöldə yük və minik avtomobilləri toqquşdu

Göygöldə yük və minik avtomobilləri toqquşdu
SOSİAL
18:57 25.08.2024
171
Göygöl rayonunda 3 nəfərin ölümü 1 nəfərin isə ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"KamAz" markalı yük maşını minik avtomobili ilə toqquşub.

Qəzada, 1968-ci il təvəllüdlü Y.Qasımov, 1991-ci il təvəllüdlü Ə.Əliyev və 1967-ci il təvəllüdlü A.Verdiyeva aldığı xəsarətlərdən dünyasını dəyişiblər.

Şəmkir rayon sakini, 1977-ci il təvəllüdlü E.Əliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
 
///report
OXŞAR XƏBƏRLƏR