Göygöllə bağlı biabırçılıq - Rəsmi qurumlar cavabdehlikdən yayınır

Göygöllə bağlı biabırçılıq - Rəsmi qurumlar cavabdehlikdən yayınır
SOSİAL
11:36 25.05.2016
11108
Dünyada gedən və ölkəmizdə də hər addımda hiss edilən iqtisadi böhran şəraitində prezident İlham Əliyev yüksək gəlir gətirmə potensialı olan turizm sektorunun inkişaf etdirilməsini hər çıxışında vurğulayır.
Respublikanın hər bir yanında gedən quruculuq işləri birmənalı şəkildə təqdirəlayiqdir. Hətta uzun illər girişinə qadağa qoyulan "Göygöl" qoruğunun 2015-ci ildən etibarən vətəndaşların ixtiyarına verilməsi bu yolda atılan uğurlu addım kimi alıqışlandı. Əlbəttə, əraziyə gələn vətəndaşların ətrafı zibilliyə çevirməsi ayrıca mövzunun müzakirə predmetidir...
Bu gün söhbət açmaq istədiyimiz məsələ Göygöl rayonundan "Göygöl" qoruğuna gedən yolun bərbad vəziyyətdə olmasıdır. Əgər biz turist cəlb etmək, bu sahədən ölkə büdcəsinə xeyir vermək istəyiriksə, qoruğa gedən yolun bərbad durumda olmasına necə göz yuma bilirik?
Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Bayramova əsələnin onların səlahiyyətində olmadığını bildirdi:
"İcra Hakimiyyəti yol təmiri və tikintisilə məşğul olan orqan deyil".
Elə bu səbəbdən də "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Nəcəfliyə müraciət etdik.
Qurum rəsmisi də həmin yolun "Azəravtoyol"un balansında olmadığını deyib: "Nazirlər Kabinetinin təsdiqlədiyi siyahıda həmin yol yoxdur".
Bu açıqlamadan sonra isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimovanın münasibətini öyrəndik. İ.İbrahimova Modern.az saytına açıqlamasında nazirliyin yalnız qoruğun ərazisinə cavabdeh olduğunu qeyd etdi: "Biz "Göygöl" qoruğunun ərazisinə cavabdehik. Ətrafındakı yolun təmiri bizim səlahiyyətimizdə deyil".
Göygöl Dövlət Təbiət Qoruğu 1925-ci ildə Azərbaycanda yaradılmış ilk qoruqdur. Göygöl və onun ətrafının meşə landşaftı öz təbiət zənginliyi və füsunkarlığı ilə dünyada məşhurdur.
2008-ci ildə Göygöl Dövlət Təbiət Qoruğunun bazasında və ona bitişik ərazilərin hesabına sahəsi genişləndirilərək, 12755 ha ərazidə Göygöl Milli Parkı yaradılıb. Onun 5094 hektarı meşə, 109 hektarı su, yerdə qalan hissəsi isə açıq və dağ sahələridir.
Göygöl kimi nadir məkanın füsünkarlığına xələl gətirən yol problemini bir sözlə biabırçılıq adlandırmaq olar. Xarici turistlər yanında bizə başucalığı gətirməyən biabırçılıq...
Göründüyü kimi problemə dair rəsmi qurumlara ünvanladığımız suallara aldığımız cavablar heç də ürəkaçan olmadı. Maraqlıdır, hər şeyin yaxşısına sahibləndiyimiz bir zamanda, rəsmilər, yol abad olsaydı yenə də "bizlik deyil" söyləyərək Göygölə aparan yolu sahibsiz qoyacaqdılarmı?..
///Modern.az 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran Prezidenti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib
17:49 28.04.2025
İran Prezidenti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib
Gürcüstanda “NATO-Gürcüstan Təlimi 2025” başlayıb, Azərbaycan da iştirak edir
17:43 28.04.2025
Gürcüstanda “NATO-Gürcüstan Təlimi 2025” başlayıb, Azərbaycan da iştirak edir
Birbank Biznes regionda yaşayan sahibkarları bir araya gətirdi
17:37 28.04.2025
Birbank Biznes regionda yaşayan sahibkarları bir araya gətirdi
"Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir"
17:25 28.04.2025
"Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir"
Mərkəzi Bankdan “Bakı Kart”a qarşı tədbir
16:40 28.04.2025
Mərkəzi Bankdan “Bakı Kart”a qarşı tədbir
"Talassemiya işi" üzrə təqsirləndirilən şəxslərə cəza istənilib
16:24 28.04.2025
"Talassemiya işi" üzrə təqsirləndirilən şəxslərə cəza istənilib
Azərbaycan Prezidenti: Biz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk
16:09 28.04.2025
Azərbaycan Prezidenti: Biz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk
Bəzi yerlərdə yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
16:07 28.04.2025
Bəzi yerlərdə yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
"TuranBank" ağacəkmə aksiyasında iştirak edib
15:53 28.04.2025
"TuranBank" ağacəkmə aksiyasında iştirak edib
"Azərbaycan və İran ənənəvi olaraq beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir"
15:41 28.04.2025
"Azərbaycan və İran ənənəvi olaraq beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir"
İran Prezidenti: Özümü Təbrizdəki, Ərdəbildəki kimi hiss edirəm
15:34 28.04.2025
İran Prezidenti: Özümü Təbrizdəki, Ərdəbildəki kimi hiss edirəm
İlham Əliyev: Azərbaycan və İran əlaqələrin inkişafına çalışır
15:24 28.04.2025
İlham Əliyev: Azərbaycan və İran əlaqələrin inkişafına çalışır
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edirlər
15:22 28.04.2025
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edirlər
Yeni Papa bu tarixdə seçilə bilər
15:12 28.04.2025
Yeni Papa bu tarixdə seçilə bilər
“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında
15:00 28.04.2025
“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında
"Şuşa əməliyyatında Robert Köçəryan özü də iştirak edirdi"
14:44 28.04.2025
"Şuşa əməliyyatında Robert Köçəryan özü də iştirak edirdi"