Gözdə Dizdar: "Azərbaycanda cəmiyyətin seçkilərdə fəal iştirak etməsi üçün lazımi şərait var"

Gözdə Dizdar: "Azərbaycanda cəmiyyətin seçkilərdə fəal iştirak etməsi üçün lazımi şərait var"
SİYASƏT
13:47 06.04.2018
4866

Azərbaycanda demokratik ənənələrin əsası 100 il bundan əvvəl qoyulub. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan bu demokratik ənənələrə sadiqlik nümayiş etdirir. 1993-cü ildən bu günə qədər ölkədə keçirilən bütün seçkilər demokratik prinsiplərə uyğun təşkil olunub. Əminəm ki, aprelin 11-də keçiriləcək prezident seçkiləri də Azərbaycanda 100 il bundan əvvəl əsası qoyulan demokratik ənənələrə uyğun olacaq. Bu fikirləri sechki-2018.az saytına açıqlamasında Türkiyənin tanınmış ictimai fəalı, Qlobal İdarəçilik və İnkişaf Təşkilatının baş direktoru Gözdə Dizdar deyib.

O deyib ki, müstəqillik illərində Azərbaycan böyük uğurlara imza atıb. Gələcəyə doğru inamla irəliləyir. "Bakıda dəfələrlə müxtəlif beynəlxalq tədbirlərin, forumların iştirakçısı olmuşam, o cümlədən 2015-ci ildə keçirilən parlament seçkilərini də müşahidə etmişəm.  O zaman mənim müşahidə etdiyim məntəqələrdə seçkilər çox şəffaf keçmişdi.  İnanıram ki, bu dəfə seçkilərin də nəticəsi xalqın istəyini əks etdirəcək”.

Azərbaycanda dəfələrlə bələdiyyə, parlament, prezident seçkilərinin, referendumların keçirildiyini qeyd edən G.Dizdar bildirib ki, artıq Azərbaycanın böyük seçki təcrübəsi formalaşıb.

 "Azərbaycanda seçkilər, eyni zamanda, güclü vətəndaş cəmiyyətinin formalaşması üçün əsas amildir. Azərbaycandakı bütün seçkilər hər zaman çoxsaylı yerli və beynəlxalq müşahidəçilərin, yerli və xarici kütləvi informasiya vasitələrinin yaxından iştirakı ilə keçirilib və əksər müşahidəçilər tərəfindən yüksək dəyərləndirilib”, - deyə təşkilatın direktoru əlavə edib.

Türkiyəli ekspert vurğulayıb ki, demokratik seçki keçirilməsində ən mühüm amil ölkədə siyasi iradə və ictimai-siyasi sabitliyin hökm sürməsidir: "Azərbaycanda cəmiyyətin seçkilərdə fəal iştirak etməsi üçün lazım olan şərait mövcuddur. Seçim hüquqlarını dəyərləndirmələri üçün hər kəsin səsverməyə getmələri şərtdir”.  

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
16:00 17.03.2026
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
15:54 17.03.2026
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
15:49 17.03.2026
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
15:41 17.03.2026
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
15:12 17.03.2026
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO
15:02 17.03.2026
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO
Tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirildi
14:50 17.03.2026
Tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirildi
Bu görüntüləri yayanları ağır cəza gözləyir
14:44 17.03.2026
Bu görüntüləri yayanları ağır cəza gözləyir
Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edildi
14:41 17.03.2026
Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edildi
Bu ölkələr dünyanın ən əsəbi sakinlərinə sahibdir
14:37 17.03.2026
Bu ölkələr dünyanın ən əsəbi sakinlərinə sahibdir
Parlament Prezidentlə xanımına təbrik məktubu ünvanladı
14:35 17.03.2026
Parlament Prezidentlə xanımına təbrik məktubu ünvanladı
Tarkan Bülent Ersoy üçün mahnı yazdı
14:28 17.03.2026
Tarkan Bülent Ersoy üçün mahnı yazdı
“Reuters”: İranın Ali Rəhbəri atəşkəsə dair təklifləri rədd edib
14:28 17.03.2026
“Reuters”: İranın Ali Rəhbəri atəşkəsə dair təklifləri rədd edib
Qayda pozan sürücülərə protokol verilməsində yeni QAYDA
14:24 17.03.2026
Qayda pozan sürücülərə protokol verilməsində yeni QAYDA
Netanyahunun Laricani və digərlərinin öldürülməsi əmrini verdiyi anın FOTOSU
14:21 17.03.2026
Netanyahunun Laricani və digərlərinin öldürülməsi əmrini verdiyi anın FOTOSU
"Bu, qadınların daha kütləvi şəkildə hərbi xidmətə cəlb edilməsi üçündür" - Hərbi ekspert
14:14 17.03.2026
"Bu, qadınların daha kütləvi şəkildə hərbi xidmətə cəlb edilməsi üçündür" - Hərbi ekspert