Ukraynanın keçmiş gözəllik kraliçası cəbhəyə yollanıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ukraynanın keçmiş gözəllik kraliçası Yevgeniya Prokopenko Rusiya işğalı ilə başlayan müharibədə cəbhəyə yollanıb.
O, "Putinə deyəcək heç nəyim yoxdur, çünki söhbət Putindən gedirsə, hərəkət etmək lazımdır. Ona qarşı istifadə edə biləcəyim bir gülləm var", - deyə açıqlamasında bildirib.
Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə 7 aya yaxındır ki, davam edir. Müharibə nəticəsində minlərlə insan həyatını itirib, milyonlarla insan öz yurd-yuvasından didərgin düşüb.
Ayşən