Gözəllik müsabiqəsinin qalibi doğum gününə 4 gün qalmış vəfat etdi

DÜNYA
13:39 03.01.2025
156
"Queen of Charity 2021" gözəllik müsabiqələrinin rusiyalı iştirakçısı və finalçısı Mariya Orlova yanvarın 1-də 38 yaşında Dzerjinskdə vəfat edib.

AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə  Rusiya KİV məlumat yayıb.

"Xəbər Mariyanı şəxsən və qiyabi tanıyan hər kəsi şoka saldı. O güclü daxili aləmə və böyük iradəyə sahib çox parlaq şəxsiyyət idi", - məlumatda deyilir.

Xatırladaq ki, 2024-cü ilin yazında Orlovaya xərçəng diaqnozu qoyulmuşdu.

O, bir neçə ay ərzində xəstəliklə mübarizə aparıb, lakin təəssüf ki, xəstəliyə qalib gələ bilməyib.

Yanvarın 5-də 39 yaşını qeyd etməli olan modeldən geriyə 3 övlad qalıb.

OXŞAR XƏBƏRLƏR