"Gözəllik prosedurlarından sonra üzüm şişdi, qorxdum"

"Gözəllik prosedurlarından sonra üzüm şişdi, qorxdum"
MAQAZİN
17:37 02.02.2026
338
Müğənni və xına məclislərinin təşkilatçısı Xuraman Şuşalı efirdə maraqlı açıqlamalar edib.
 
AZXEBER.COM xəbər verir ki, "Qonaqcanlı" verilişinə qatılan sənətçi estetik əməliyyat və kosmetoloji prosedurlara münasibət bildirib.
 
Xuraman, heç bir prosedur etdirmədiyini deyib:
 
"Üzümə heç bir müdaxilə etdirməmişəm. Açığı bundan qorxuram. Təbii görünməyin tərəfdarıyam. Bir dəfə üzümə kokteyllər etdilər, üzüm şişdi. Ondan sonra artıq qorxuram. Həm də mən ağrıya dözümsüz insanam. Əgər çox çəki ataramsa, üzüm sallanarsa, bəlkə o zaman nəsə etməyi fikirləşərəm. Məni sevənlər artıq belə qəbul edib".
 
Aysel
OXŞAR XƏBƏRLƏR