Gözəllik salonunda işləyən kişini bıçaqladılar

Gözəllik salonunda işləyən kişini bıçaqladılar
DÜNYA
18:15 21.04.2021
613
Türkiyənin Denizli şəhərində yerləşən gözəllik salonlarının birində  bıçaqlanma hadisəsi qeydə alınıb. 

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nida Ergin adlı bərbər, bərbərxanada işlədiyi zaman bıçaqlı hücuma məruz qalıb. 

Cinayətkarın N.Ergini bıçaqladıqdan sonra "qayınanana o mənzilin çıxarışlarını verəcəksən” deyə qışqırdığı bildirilir.

Hadisə yerinə dərhal təcili yardım maşınları və polislər cəlb olunub. 4 dəfə bıçaqlanan yaralının vəziyyətinin ağır olduğu qiymətləndirilir. 

Polislər hadisəni törətdikdən sonra hadisə yerindən qaçan cinayətkarı axtarmaq üçün hərəkətə keçiblər.

Faktla bağlı araşdırma aparılır.

Nərmin Məmmədli
OXŞAR XƏBƏRLƏR