ABŞ-da dəhşətli olay baş verib.
Kaliforniyanın Sil-Biç şəhərində silahlı kişi gözəllik salonunu atəşə tutub.
Nəticədə 6 nəfər hadisə yerindəcə ölüb. Daha 2 nəfər xəstəxanada vəfat edib. Ağır yaralı olan 1 nəfərin vəziyyəti isə kritikdir.
Polis atəş açan şəxsi saxlayıb. Cinayətin səbəbləri araşdırılır.