Aparıcı Nərgiz Məmmədova baxım üçün xərclədiyi məbləği açıqlayıb.AZXEBER.COM-un məlumatına görə, axşam.az-ın əməkdaşı ilə söhbətində o, gözəllik salonuna hər gün getdiyini deyib:
“Demək olar ki, həftənin hər gününü salona gedirəm. Ən az iki-üç saatım gözəllik salonunda keçir. Əsasən saç düzümü, makiyaj və manikür etdirirəm. Göz önündə olan insanam. İstəsəm də, istəməsəm də mən baxımlı görünməliyəm. Çünki insanlar hər xırdalığa fikir verirlər. Şəkildə bir dırnaq balaca görünəndə beləşərh yazırlar. Bir problem də var ki, özünə çox qulluq edəndə başlayırlar pisləməyə. Baxımsız olub pislənməkdənsə, gözəl görünüb pislənməyə üstünlük verirəm. Evdə maskalar düzəldib, üzümə qulluq etmirəm. Tənbələm. Ona görə də kosmetoloq yanına gedirəm. İki aydan bir isə masaja yollanıram.Gözəlliyim üçünayda min manata qədər pulum çıxır. Amma buna görə peşman deyiləm. Nə qədər lazım olsa xərcləyərəm. Bir də mən alış-veriş aludəçisiyəm. Geyim alanda xoşbəxt oluram”.