Gözləri görməyən müəlliməyə iş vermədilər, deputat ona kömək etdi – FOTO

Gözləri görməyən müəlliməyə iş vermədilər, deputat ona kömək etdi –  FOTO
SOSİAL
14:00 09.09.2016
3929

Bu barədə təhsil eksperti Kamran Əsədov məlumat paylaşıb.

AZXEBER.COM xəbər verir ki, sağlamlıq imkanları məhdud olan Günay Ağayeva müəllimlərin işə qəbulu imtahanında 43 bal yığsa da, işlə təmin edilməyib.

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, tələbəsi müəllimlərin işə qəbulu imtahanından keçsə də Təhsil Nazirliyi heç bir səbəb göstərmədən onu işlə təmin etməyib:

"Bu qanun pozuntusudur.Sağlamlıq imkanları məhdud uşaqlar üçün məktəbə müəllim qəbulu imtahanla yox, müəssisə tərəfindən nazirliyin göndərişi ilə həyata keçirilir".

Ekspert daha sonra məsələ ilə bağlı millət vəkili Qənirə Paşayevaya müraciət etdiklərini və deputatın bu barədə Təhsil Naziri Mikayıl Cabbarova müraciət etdiyini söyləyib. Artıq məsələyə rəsmi qurumun qarışmasından sonra Günay Ağayeva işlə təmin olunub.

Millət vəkili Qənirə Paşayeva da məsələyə münasibət bildirib:

"Qeyd edim ki, bir neçə gün əvvəl Günay Ağayevanın müəllimi, ona dəstək üçün böyük işlər görmüş Kamran Əsədovun tarix müəlliməsi olan Günayın işlə təmin olunmasının vacibliyi ilə bağlı paylaşdığı statusdan sonra Günay Ağayeva ilə görüşdük və belə bir dəyərli gəncimizin ixtisası üzrə işlə təmin olunmasının çox önəmli olduğunu gördük. Eyni zamanda onun işlə təmin olunmasının yüzlərlə fiziki imkanları məhdud gənclərimiz üçün də böyük bir stimul olacağını da gördük və onunla bağlı Təhsil naziri cənab Mikayıl Cabbarova müraciət edərək dəstək göstərilməsini xahiş etdik. Mikayıl müəllimə Günay xanımla bağlı müraciətimizə diqqət və həssaslıq göstərərək qısa zamanda onun işlə təmin olunmasına göstəriş verdiyi üçün bir daha təşəkkürümü bildirirəm. Eyni zamanda Günayın müəllimi Kamran Əsədova Günaya verdiyi böyük dəstək üçün bir daha təşəkkürlər. Əziz dostum Günaya isə işində böyük uğurlar diləyirəm və inanıram ki, o, çox gözəl bir müəllimə olaraq böyük uğurlar qazanacaq".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məhəmməd Əmin Rəsulzadənin vəfatının ildönümüdür
00:46 06.03.2026
Məhəmməd Əmin Rəsulzadənin vəfatının ildönümüdür
Azərbaycanın XİN başçısı avstriyalı naziri İranın dron hücumu barədə məlumatlandırıb
00:37 06.03.2026
Azərbaycanın XİN başçısı avstriyalı naziri İranın dron hücumu barədə məlumatlandırıb
Ararat Mirzoyan Ceyhun Bayramova zəng edib, İranın dron hücumları müzakirə olunub
00:26 06.03.2026
Ararat Mirzoyan Ceyhun Bayramova zəng edib, İranın dron hücumları müzakirə olunub
Kərim Vəliyev türk, macar və ərəb həmkarları ilə danışdı
00:15 06.03.2026
Kərim Vəliyev türk, macar və ərəb həmkarları ilə danışdı
İtaliyanın İrandakı səfirliyinin əməkdaşları Azərbaycan vasitəsilə təxliyə olunub
23:57 05.03.2026
İtaliyanın İrandakı səfirliyinin əməkdaşları Azərbaycan vasitəsilə təxliyə olunub
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir
23:47 05.03.2026
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir
“Azərbaycanın yanındayıq”
23:41 05.03.2026
“Azərbaycanın yanındayıq”
Bakı-İğdır-Bakı marşrutu üzrə uçuş CƏDVƏLİ
23:37 05.03.2026
Bakı-İğdır-Bakı marşrutu üzrə uçuş CƏDVƏLİ
Tehran küçələri boş qalıb: şəhərdə nəzarət məntəqələri qurulub
23:11 05.03.2026
Tehran küçələri boş qalıb: şəhərdə nəzarət məntəqələri qurulub
Monteneqro İranın Naxçıvana hücumunu pisləyib
22:51 05.03.2026
Monteneqro İranın Naxçıvana hücumunu pisləyib
Şahbaz Şərif İranın Azərbaycana dron hücumu ilə bağlı ciddi narahatlığını ifadə edib
22:36 05.03.2026
Şahbaz Şərif İranın Azərbaycana dron hücumu ilə bağlı ciddi narahatlığını ifadə edib
Ərdoğan Naxçıvana dron hücumunu pisləyib
22:32 05.03.2026
Ərdoğan Naxçıvana dron hücumunu pisləyib
Naxçıvanda xəsarət alanlardan 3-ü evə buraxıldı
22:26 05.03.2026
Naxçıvanda xəsarət alanlardan 3-ü evə buraxıldı
"İranın mülki şəxsləri hədəf alan hücumları beynəlxalq hüquqa ziddir" - İspaniya XİN
22:11 05.03.2026
"İranın mülki şəxsləri hədəf alan hücumları beynəlxalq hüquqa ziddir" - İspaniya XİN
BMT nümayəndəliyi Azərbaycanla həmrəyliyini ifadə edib
22:07 05.03.2026
BMT nümayəndəliyi Azərbaycanla həmrəyliyini ifadə edib
İlham Əliyev və İrakli Kobaxidze arasında telefon danışığı baş tutub
21:56 05.03.2026
İlham Əliyev və İrakli Kobaxidze arasında telefon danışığı baş tutub