Gözlərin səyirməsi hansı səbəbdən baş verir? – Həkim açıqladı

SAĞLAMLIQ
12:21 09.12.2022
1257

Göz səyirməsi kimi tanınan göz spazmı bəzən saatlarla, günlərlə və hətta həftələrlə davam edə bilər. Stress, yuxusuzluq, göz qıcıqlanması kimi bir çox səbəbi olan göz spazmı daha ciddi bir sağlamlıq probleminin də xəbərçisi ola bilər. Gözün səyirməsi adətən qəfil başlayır. Bu zaman üst göz qapağının titrəməsi hiss olunur.

AZXEBER.COM xəbər verir ki, ABŞ-da sağlamlıq mərkəzi olan Klivlend Klinikasının Koul Göz İnstitutunun mütəxəssisi Dr. Stefani Ervin deyir ki, göz səyirməsi gözü əhatə edən əzələdən qaynaqlandığı üçün adətən eyni anda hər iki gözdə deyil, yalnız bir gözdə ola bilir.

Həkimin sözlərinə görə, əgər səyirmə digər üz əzələlərinə yayılarsa və ya hər iki gözün eyni anda səyirdiyini görsəniz, bunlar daha ciddi bir problemin göstəricisi ola bilər. Göz qapağının sallanması da mütəxəssislər tərəfindən mühüm problemin əlaməti kimi təsvir edilir. Bu, saatlar, günlər və bəzi hallarda həftələr çəkə bilər. Bir müddət sonra diqqəti yayındıran və narahat edən bu vəziyyət uzun müddət davam edərsə ciddi problemlərə işarə ola bilər.

Mütəxəssislər aşağıdakı hallarda gözlərində səyirmə olan adamları mütləq həkimə müraciət etməyi məsləhət bilir:
* Gözdə səyirmələr bir həftədən artıq baş verdikdə;
* Səyirmə həm gözdə, həm də üzdə baş verdikdə;
* Səyirmə zamanı gözdə şişkinlik baş verdikdə;
* Səyirmə ilə bərabər gözdən yaş gəldikdə;
* Gözün üst qapağı sallandıqda.

Problemi özünüz aradan qaldırmaq istədikdə isə stressi aradan qaldırmalı və yuxu rejiminizi normallaşdrımalısınız.

Ayşən

OXŞAR XƏBƏRLƏR