BMT-nin Beynəlxalq Cinayət Məhkəməsinin (Haaqa Məhkəməsi) 42 təhqiqatçısı Rusiya hərbçilərinin Ukraynada törətdikləri hərbi cinayətləri araşdırmaq üçün Ukraynaya gələcək.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Haaqa Məhkəməsinin baş prokuroru Kərim Xan bildirib.
Kərim Xan qeyd edib ki, bu, "onun ofisinin indiyə qədər həyata keçirdiyi ən böyük yerləşdirmədir". Müstəntiqlər qrupuna Niderlanddan olan 30 mütəxəssis, o cümlədən məhkəmə-tibb ekspertləri və analitiklər daxildir ki, onlar "faktları tapıb həqiqəti müəyyən edəcəklər”.
Prokuror vurğulayıb ki, Haaqa Məhkəmədi və ya milli hakimiyyət orqanlarının ədalət mühakiməsini həyata keçirib-keçirməyəcəyi onu maraqlandırmır - "əsas odur ki, araşdırmalar etibarlı, dürüst və müstəqil olsun və bundan sonra hakim qərar verə bilər”.