"Haber Global" Azərbaycan və İran prezidentləri arasındakı telefon danışığından bəhs edib - VİDEO

"Haber Global" Azərbaycan və İran prezidentləri arasındakı telefon danışığından bəhs edib - VİDEO
SOSİAL
23:18 29.09.2026
122
"Haber Global" telekanalı hazırladığı süjetdə Azərbaycan Prezidenti İlham Əliyevin iranlı həmkarı Məsud Pezeşkiana zəng etməsindən bəhs edib.

AZXEBER.COM xəbər verir ki, süjetdə Azərbaycan Prezidentinin Məsud Pezeşkianı ad günü münasibətilə təbrik etdiyi, ona möhkəm cansağlığı, uzun ömür və fəaliyyətində uğurlar arzuladığı bildirilir.

İran prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Vurğulanıb ki, telefon danışığı zamanı dövlət başçıları Bişkekdə keçirilmiş son görüşlərini və həmin görüşdə müzakirə olunan məsələləri məmnunluqla xatırlayıblar.

Bundan başqa, Azərbaycan hökumət nümayəndələrinin hazırda İranda səfərdə olduğu və səfər çərçivəsində ikitərəfli münasibətlərin gündəliyində duran məsələlər üzrə müzakirələrin aparıldığı qeyd edilib.

OXŞAR XƏBƏRLƏR