AZXEBER.COM xəbər verir ki, "Haber Global" Azərbaycan Prezidentinin Özbəkistana səfərinin ikinci günü ilə bağlı xüsusi videomaterial hazırlayıb.
Süjetdə Buxara şəhərində İlham Əliyevin qarşılanma mərasimindən videogörüntülər təqdim olunub. Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Buxaranın tarixi məkanlarından olan İsmayıl Samani türbəsini və şəhərin simvollarından biri sayılan Kalyan minarəsini ziyarət etdikləri qeyd olunub.
Həmçinin vurğulanıb ki, Azərbaycan və Özbəkistan prezidentləri, eləcə də birinci xanımlar Buxaradakı "Poyi-Kalon" kompleksi ilə tanış olublar.
Daha ətraflı videomaterialda:











































