Habil Əliyevin 86 yaşı tamam oldu

MƏDƏNİYYƏT
14:02 28.05.2013
2078
Bu gün Azərbaycanın xalq artisti, istedadlı kamança ustası Habil Əliyevin ad günüdür. AZXEBER.COM-un məlumatına görə, Habil Əliyev 28 may 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. Orta məktəbdə oxuyarkən kamança ifaçılığına meyl salıb.Habil Əliyev 1952-ci ildə Bakıya gəlib, Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsinə daxil olub. Görkəmli tarzən Qurban Pirimovdan və məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirlərini öyrənib.Habil Əliyev "Segah", "Bayatı-Qacar", "Bəstənigar", "Bayatı-Şiraz", "Rahab", "Bayatı-Kürd", "Cahargah", "Rast", "Zabul" muğamlarına yeni kamança həyatı verib. Habil Əliyevin virtuoz çalğısını musiqi biliciləri, tez-tez Nikkolo Paqanininin ifaçılığı ilə müqayisə edirlər.Habil Əliyev keçmiş SSRİ respublikalarında və eləcə də dünyanın bir çox ölkələrində - Türkiyə, Amerika, Almaniya, İngiltərə, Fransa, Hindistan, Pakistan, İran, Misir, İsveçrə, Hollandiya, Tunis, Yaponiya, Suriya, Mozambik və s. - qastrol səfərlərində olub.Ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı, gözəl mahnıların da müəllifidir. Onun bəstələdiyi 15-dən artıq mahnı bu gün də tanınmış musiqiçilər tərəfindən sevilə-sevilə ifa olunur. Habil Əliyevin ABŞ, Fransa, Yaponiya, İtaliya və Yunanıstanda Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət kompakt diskləri də buraxılıb.Sənətkar mədəniyyət sahəsində göstərdiyi xidmətlərinə görə, 1964-cü ildə əməkdar artist, 1978-ci ildə isə Azərbaycan SSRİ-nin xalq artisti fəxri adlarına layiq görülüb.

OXŞAR XƏBƏRLƏR