Habil Vəliyev belə həbs olundu: Əməliyyatın - VİDEOSU

Habil Vəliyev belə həbs olundu: Əməliyyatın - VİDEOSU
SOSİAL
15:34 08.12.2016
13045
Xəbər verildiyi kimi, dekabrın 7-də axşam saatlarında Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində "Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyev saxlanılıb.
 
H.Vəliyev "Azərbaycan” nəşriyyatının 8-ci mərtəbəsində yerləşən ofisindən aparılıb. "Reket jurnalist şəbəkəsi”nin əsas fiqurlarından biri olan H.Vəliyevin saxlanmasının videogörüntüləri yayılıb. Kadrlardan belə görünür ki, DTX-nın 4 əməkdaşı "Gündəlik Bakı”nın ofisinə yaxınlaşır, qapı döyülür, bir qədər sonra isə Habil Vəliyevlə birlikdə ordan ayrılırlar. Yəni həbs heç də MTN sayağı – "qara maskalı”ların iştirakı ilə, qapı sındırılaraq və sanki təhlükəli bir terrorçu zərərsizləşdirilir görüntüsü yaradılaraq yox (Pərviz Həşimlinin həbsində olduğu kimi), sivil qaydada həyata keçirilir.
 
AZXEBER.COM "AzPolitika.info”-ya istinadən həmin görüntüləri təqdim edir:

OXŞAR XƏBƏRLƏR