Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslərə də şamil olunub.
ONA-nın xəbərinə görə, aşağıdakı iki nəfərin cəzası 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib:
Quliyev Daşqın Cabbar oğlu, 1977-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2001-ci il 27 avqust tarixli hökmü ilə məhkum edilib.