Hacı Nuran Nihat Hatipoğlunun verilişində qonaq oldu - VİDEO

SOSİAL
10:13 09.02.2025
148
Türkiyənin tanınmış din xadimi Nihat Hatipoğlu Azərbaycanın tanınmış xeyriyyəçisi, aparıcı Hacı Nuran Hüseynovu Türkiyənin ATV kanalında  aparıcısı olduğu verilişə dəvət edib.
 
Hələ Bakıda ikən Hacı Nuranla tanış olan ilahiyyatçı onun gördüyü işləri "böyük savab" adlandırıb və bu barədə öz verilişində də danışacağına söz verib: 

"Nihat Hatipoğlunu az qala bütün dünya müsəlmanları tanıyır. Çünki o, təkcə savadı, ağlı ilə deyil, üzündəki ilahi nur ilə də insanların sevgisini qazanıb. Mən Türkiyədə olanda verişin prodüseri tərəfindən ATV yə dəvət olundum. Bildirdilər ki, Nihat Hatipoğlunun qonağı kimi verilişdə çıxış edəcəm. Sözün düzü, çox qürur duydum. Çünki mən onun verilişində iştirak edən ilk azərbaycanlıyam. Fəxarət dolu anlar yaşadım. Və deyim ki, veriliş də çox maraqlı keçdi", deyən Hacı Nuran veriliş boyu tamaşaçıların suallarına cavab verib, gördüyü xeyriyyəçilik işlərindən danışıb.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR