Hacı Şahinin oğlu: “Atam xəstəxanadan evə gələndə dedi ki...”

Hacı Şahinin oğlu: “Atam xəstəxanadan evə gələndə dedi ki...”
SOSİAL
15:08 04.03.2023
551
"Atamın ürəyindən heç vaxt şikayəti olmayıb. Son gün xəstəxanaya müraciət edəndə düşünürdü ki, ağrı mədəsindədir”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında mərhum ilahiyyatçı hacı Şahinin oğlu Hüseyn Həsənli deyib.

2016-cı ildən ürəyində problem olduğu barədə yayılan məlumatlarla bağlı suala Hüseyn Həsənli belə cavab verib:

"Xeyr, yalan məlumatdır, bir ara mədəsində problem yaranmışdı, həmin gün də elə bilib yenə ağrı mədəsindəndir. Lakin həkim müayinəsi zamanı məlum olub ki, problem ürəyindədir. Xəstəxanadan evə gecə gəldi. Gələndən sonra atamla danışdıq. Hər şeydən söhbət etdik, ölüm barədə də danışdı. Dedi, mənim üçün ölüm asandır”.

O, qardaşı Səccadın hələ də atasının ölümündən xəbərsiz olduğunu söyləyib:

"Çox yaxşı ata idi. Daim ata kimi gözəl məsləhətlər verirdi, insanlara xidmət etməyi tövsiyə edirdi. Ən uca və ali məqamı insanlara xidmətdə görürdü. Deyirdi ki, insanlara xidmət etməklə ucalırsan. Evimizin nuru idi, həmişə başımızın üzərində idi. Allah bizə səbir versin. Böyük və ağır itkidir, tək ailəmizə yox, bütün millətə...”

Qeyd edək ki, hacı Şahin Həsənli martın 2-si gecə saatlarında vəfat edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Polşa İrana qoşun göndərməyəcək
16:59 17.03.2026
Polşa İrana qoşun göndərməyəcək
Marketdə soyğunçuluq edən iki nəfər saxlanıldı
16:49 17.03.2026
Marketdə soyğunçuluq edən iki nəfər saxlanıldı
Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
16:39 17.03.2026
Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
Nərimanovda 2, 3, 4 otaq, premium təmirli mənzillərin satışı davam edir - "Kristal!"
16:34 17.03.2026
Nərimanovda 2, 3, 4 otaq, premium təmirli mənzillərin satışı davam edir - "Kristal!"
Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilər
16:20 17.03.2026
Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilər
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
16:16 17.03.2026
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
16:12 17.03.2026
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
16:00 17.03.2026
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
15:54 17.03.2026
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
15:49 17.03.2026
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
15:41 17.03.2026
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
15:12 17.03.2026
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO
15:02 17.03.2026
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO
Tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirildi
14:50 17.03.2026
Tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirildi
Bu görüntüləri yayanları ağır cəza gözləyir
14:44 17.03.2026
Bu görüntüləri yayanları ağır cəza gözləyir
Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edildi
14:41 17.03.2026
Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edildi