Hacı Salayevin namizədliyini geri götürməsi deputatları qorxuya saldı: Fəallaşdılar

Seçki2020
13:54 24.01.2020
6577
Xəbər verdiyimiz kimi, 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputatlığa namizəd, millət vəkili Hacı Salayev namizədliyini geri götürüb.

Hacı Salayev 9 fevral VI çağırış növbədənkənar parlament seçkilərində iştirak etməyəcəyi ilə bağlı qeydə alındığı seçki dairəsinə müraciət edib.

AZXEBER.COM xəbər verir ki, Hacı Salayevin namizədliyini geri götürməsi deputat həmkarlarını da qorxuya salıb.

Belə ki, Hacı Salayevdən öncə daha 30 deputat seçkilərdə iştirak etməyəcəyini açıqlamışdı. Ancaq o deputatlar ümumiyyətlə seçkilərə qatılmamışdı. Hacı Salayev isə imza topladıqdan və namizədliyi qeydə alınandan sonra bu addımı atıb.

Hazırda təbliğat-təşviqat kampaniyasında qələbələrindən arxayın olan bəzi deputatlar da fəallığını artırıblar. Belə ki, Milli Məclisin bütün üzvləri sosial şəbəkədə özlərinə hesab açıblar və ödənişli reklamla görüşlərini təbliğ edirlər.

Hətta bəzi deputatlar "troll" dəstəsi yaradaraq, onlayn səsvermələrdə özlərinə səs yığırlar.

Digər namizədlər isə aktiv fəaliyyətlərini davam edirlər. 

Prezident İlham Əliyevin bir müddət öncə dediyi "Bəzi hallarda deputat seçilir, ondan sonra öz dairəsinə heç baş çəkmir, heç maraqlanmır. Sonra da növbəti seçkilər yaxınlaşanda başlayır ki, mənə dəstək verin. Yəni, ona xalq dəstək verməlidir” sözləri seçkilərdə də bəzi deputatların mandatsız qalacağını deməyə əsas verir.

Son sözü isə Azərbaycan xalqınındır. 

OXŞAR XƏBƏRLƏR

X Mostbet