Hacı Zeynalabdin Tağıyevin abidəsinə zərər vuranlar SAXLANILDI

Hacı Zeynalabdin Tağıyevin abidəsinə zərər vuranlar SAXLANILDI
SOSİAL
10:33 19.01.2022
539
Xəbər verdiyimiz kimi ötən gün Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışı olub. Lakin təəssüf ki, gecə saatlarında heykəl zədələnib.

Məsələ barədə AZXEBER.COM-a açıqlamasında verən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, Hacı Zeynalabdin Tağıyevin abidəsinə ziyan vuran şəxslər müəyyən olunub:

"Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır”.

E.Hacıyev onu da bildirib ki, heykəlin zədələnmiş hissəsi artıq bərpa edilib.
OXŞAR XƏBƏRLƏR