Hacıbəy Heydərli: “Koronavirus deyildiyi qədər qorxulu deyil” - VİDEO

Hacıbəy Heydərli: “Koronavirus deyildiyi qədər qorxulu deyil” - VİDEO
SOSİAL
16:52 04.03.2020
1494
Lider TV-də yayımlanan "Status" verilişində dünyada geniş yayılan koronavirus müzakirə edilib.
 
AZXEBER.COM xəbər verir ki, verilişdə qonaq olan tanınmış jurnalist Hacıbəy Heydərli maraqlı məqamlara toxunub.
 
O bildirib ki, koronavirusla bağlı yalnız neqativ və qorxu yaradan xəbərlər yayımlanmalı deyil: "Bu gün saytlarda hər 100 xəbərdən 70-i koronavirusla bağlıdır. Bu xəbərlərin çoxu da başqa dillərdən tərcümə olunan xəbərlərdir. Maraqlıdır ki, Qərb mətbuatında yalnız neqativ xəbərlər yayımlanır. Nəyə görə koronavirusdan yalnız ölənlər insanların xəbəri yayımlanır? Bu xəstəlikdən sağalan insanların da hekayələri paylaşılmalıdır və insanlar bilməlidir ki, koronavirus o qədər də qorxunc deyil".
 
Həmin anları təqdim edirik:

OXŞAR XƏBƏRLƏR