Hacıbəy Heydərlinin məqaləsi Özbəkistanın Dövlət Agentliyində yayımlandı - FOTO

Hacıbəy Heydərlinin məqaləsi Özbəkistanın Dövlət Agentliyində yayımlandı - FOTO
MEDIA
17:10 11.12.2024
472

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, AZXEBER.COM informasiya portalının baş redaktoru Hacıbəy Heydərlinin məqaləsi Özbəkistanın Dövlət Xəbər agentliyi olan uza.uz-da yayımlanıb.

Məqalə "Azərbaycan və Özbəkistan: Dostluğun və əməkdaşlığın yeni mərhələsində" adlanır. 

Məqalədə qeyd edilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə Azərbaycan çox uğurlu daxili və xarici siyasət həyata keçirir. Bu gün Azərbaycan-Özbəkistan münasibətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Bu gün Azərbaycan bütün türk dövlətləri, o cümlədən Özbəkistanla ən yüksək səviyyədə diplomatik əlaqələrin qurulmasında və inkişaf etdirilməsində bölgənin lider dövləti kimi mühüm təşəbbüslər göstərir, türk birliyinin inkişafına böyük töhfələr verir.

Hacıbəy Heydərli qeyd edib ki, Azərbaycan ilə Özbəkistan arasında hər sahədə yüksək səviyyədə olan münasibətlər QHT və media sferasında da günü-gündən inkişaf edir. O bildirib ki, 5 dekabrda Daşkənddə baş tutan Özbəkistan və Azərbaycan qeyri-hökumət təşkilatlarının əməkdaşlıq forumunu bugünkü və gələcək inkişaf yolunun yeni bir mərhələsi hesab etmək olar:

"Daşkənddə bir sıra Azərbaycan və Özbəkistan QHT-ləri arasında Əməkdaşlıq Memorandumları imzalandı, vacib təşəbbüslər irəli sürüldü. Forumda qeyd edildi ki, Azərbaycan və Özbəkistanın QHT-lərlə işləyən müvafiq dövlət qurumlarının QHT-lər üçün birgə qrant müsabiqələri elan ediləcək. Bu forum, Azərbaycan və Özbəkistanın qeyri-hökumət təşkilatları arasında təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi və yeni tərəfdaşlıqların qurulması üçün vacib bir zəmin yaradır. Bizim üçün mühüm olan, iki ölkənin vətəndaş cəmiyyətlərinin daha sıx inteqrasiyası və birgə inkişaf naminə səmərəli əməkdaşlıq yollarının müəyyən edilməsidir. Azərbaycan və Özbəkistan, beynəlxalq səviyyədə bir-birinin ərazi bütövlüyünü dəstəkləyən, mədəni və tarixi bağlarla möhkəmlənmiş iki dost, qardaş ölkədir. Azərbaycan və Özbəkistan QHT-ləri arasında qurulan bu əməkdaşlıq modeli, digər ölkələr üçün də örnək ola bilər.

Azərbaycan və Özbəkistanın QHT-ləri, qarşılıqlı əməkdaşlıq və regional inkişafda mühüm rol oynamağa davam edəcəkdir. İki ölkənin vətəndaş cəmiyyəti təşkilatları, hər iki dövlətin sosial və iqtisadi inkişafını dəstəkləmək, demokratiyanın təşviqinə yardım etmək və humanitar sahədə müsbət dəyişikliklərə nail olmaq üçün birlikdə fəaliyyət göstərə bilərlər.

Ümumiyyətlə, Azərbaycan və Özbəkistan arasındakı QHT əməkdaşlığı, hər iki ölkə arasında möhkəm və davamlı əlaqələrin qurulmasında mühüm bir elementdir. Bu əməkdaşlıq, həmçinin geniş miqyaslı regional təşəbbüslərin həyata keçirilməsində əsas rol oynayır.
 
 
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
10:09 17.10.2026
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
10:07 17.10.2026
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
09:54 17.10.2026
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
09:42 17.10.2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
08:16 17.10.2026
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib