Hacıbəy Heydərlinin məqaləsi Özbəkistanın Dövlət Agentliyində yayımlanıb - FOTO

Hacıbəy Heydərlinin məqaləsi Özbəkistanın Dövlət Agentliyində yayımlanıb - FOTO
MEDIA
16:15 26.08.2024
216
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, AZXEBER.COM informasiya portalının baş redaktoru Hacıbəy Heydərlinin məqaləsi Özbəkistanın Dövlət Xəbər agentliyi olan uza.uz-da yayımlanıb. 

Məqalədə Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı strateji tərəfdaşlıq münasibətlərinin rəsmən müttəfiqlik səviyyəsinə qalxması ilə bağlı müqavilənin imzalanması hər iki dövlət üçün çox mühüm hadisə olduğu qeyd edilib. 
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə Azərbaycan çox uğurlu daxili və xarici siyasət həyata keçirir. Bu gün Azərbaycan-Özbəkistan münasibətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Bu gün Azərbaycan bütün türk dövlətləri, o cümlədən Özbəkistanla ən yüksək səviyyədə diplomatik əlaqələrin qurulmasında və inkişaf etdirilməsində bölgənin lider dövləti kimi mühüm təşəbbüslər göstərir, türk birliyinin inkişafına böyük töhfələr verir.

Ortaq tarixə, mədəniyyətə, adət-ənənəyə, dinə malik olan Azərbaycan və Özbəkistan arasında münasibətlər günü-gündən yüksələn xətlə inkişaf edir. Son illər Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən dost və qardaş Özbəkistanla əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı strateji tərəfdaşlıq münasibətlərinin rəsmən müttəfiqlik səviyyəsinə qalxması ilə bağlı müqavilənin imzalanması çox mühüm hadisədir.

Hacıbəy Heydərli qeyd edib ki, Azərbaycan ilə Özbəkistan arasında hər sahədə yüksək səviyyədə olan münbasibətlər media sferasında da günü-gündən inkişaf edir: Media nümayəndələrinin qarşılıqlı səfərləri bu münasibətləri daha da gücləndirir. Bu yaxınlarda Özbəkistan Jurnalist İttifaqı ilə Azərbaycan Mətbuat Şurası arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu memorandum iki ölkə mətbuatı üçün çox önəmlidir. Bundan sonra da Azərbaycan və Özbəkistan jurnalistləri istər öz aralarında, istərsə də beynəlxalq aləmdə bərabər addımlayacaqlar".

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” (RƏY)
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” (RƏY)
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
FHN Aqşin Fatehin restoranını bağladı
15:43 25.06.2026
FHN Aqşin Fatehin restoranını bağladı
Prezident bu ölkədəki səfiri geri çağırdı
15:19 25.06.2026
Prezident bu ölkədəki səfiri geri çağırdı
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
15:16 25.06.2026
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
15:10 25.06.2026
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
Avropada istidən ölənlərin sayı artdı
14:49 25.06.2026
Avropada istidən ölənlərin sayı artdı
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
14:42 25.06.2026
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
Azərbaycanda hərbçilərlə bağlı qərar - Prezident təsdiqlədi
14:40 25.06.2026
Azərbaycanda hərbçilərlə bağlı qərar - Prezident təsdiqlədi
Mütəxəssislər xəbərdarlıq edir: Skoliozun ən kritik dövrü bu yaş arasıdır
14:38 25.06.2026
Mütəxəssislər xəbərdarlıq edir: Skoliozun ən kritik dövrü bu yaş arasıdır
Azərbaycanda Rəqəmsal İstehlak Vərdişləri və Mobil Mikro Maliyyələşmə
14:36 25.06.2026
Azərbaycanda Rəqəmsal İstehlak Vərdişləri və Mobil Mikro Maliyyələşmə
Həşəratların hücumuna məruz qalan aktyor xəstəxanalıq oldu
14:20 25.06.2026
Həşəratların hücumuna məruz qalan aktyor xəstəxanalıq oldu