Hacıqabulda ağır qəza: Xəsarət alanlar var

Hacıqabulda ağır qəza: Xəsarət alanlar var
SOSİAL
17:47 29.09.2023
219
Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

Hadisə Bakı-Qazax magistral yolunun rayonun Padar kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Chevrolet” markalı minik maşınının sürücüsü Gəncə istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobildə olan 5 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.
Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər.

Faktla bağlı araşdırma aparılır.
 
///report
OXŞAR XƏBƏRLƏR