Hacıqabulda avtomobil körpüdən aşıb, 2 nəfər xəsarət alıb - FOTO

Hacıqabulda avtomobil körpüdən aşıb, 2 nəfər xəsarət alıb - FOTO
SOSİAL
14:26 25.07.2026
189
Hacıqabulda avtomobil körpüdən aşıb, 2 nəfər xəsarət alıb.

AZXEBER.COM xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Nəvahi qəsəbəsinin ərazisindən keçən hissəsində qeydə alınıb. Gəncə sakini, 1951-ci il təvəllüdlü İsmayilov Dəmir Əli oğlunun idarə etdiyi Mercedes markalı avtomobil idarəetməni itirib. Yoldan çıxan avtomobil yeraltı keçidin dəmir səddini qıraraq keçidə düşüb.

Nəticədə sürücü və avtomobildə olan sərnişin Gəncə sakini, 1970-ci il təvəllüdlü Bayramova Yeganə Şəmil qızı xəsarət alıblar. Onlar Hacıqabul rayon xəstəxanasına və daha sonra Şirvan xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
 
//apa
 

 


 

 

 

OXŞAR XƏBƏRLƏR