Hacıqabulda güclü yanğın - 180 Eldar şamı yanaraq məhv oldu

Hacıqabulda güclü yanğın - 180 Eldar şamı yanaraq məhv oldu
SOSİAL
18:12 30.05.2016
1129
Bakı-Qazax yolunun 110-111-ci kilometrliyində Hacıqabul rayonu ərazisində, dəmiryol xəttinin kənarında quru ot örtüyündə yanğın hadisəsi baş verib.
AZXEBER.COM xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın APA-ya verdiyi məlumata görə, yanğın sonradan 2008-ci ildə nazirlik tərəfindən magistral avtomobil yolunun kənarında salınmış yaşıllıq sahəsinə keçib.
Yanğının söndürülməsi üçün əraziyə dərhal ETSN-in və Hacıqabul rayon Yanğından Mühafizə Dəstəsinin əməkdaşları cəlb olunub və operativ tədbirlər nəticəsində yanğın söndürülüb: "İlkin ehtimala görə yanğının baş verməsinə bəzi ehtiyatsız şəxslər tərəfindən söndürülməmiş papiros kötüyünün yerə atılması səbəb olub. Təəssüf ki, yanğın zamanı 1 hektar ərazidə 180 ədəd Eldar şamı yanaraq məhv olub, 90 ədəd Eldar şamı, 103 ədəd yaşıl göyrüc, 113 ədəd akasiya və 60 ədəd zeytun ağacına ziyan dəyib. Təəssüflə bildiririk ki, bəzi vətəndaşların ehtiyatsızlığı və məsuliyyətsizliyi nəticəsində səkkizillik ağaclar məhv olub, magistral yol kənarında artıq meşə zolağına çevrilmiş yaşıllıq sahəsinin bir hissəsi yanaraq külə dönüb. Əfsus ki, bir tərəfdən ağacların kəsilməsi zamanı etiraz səsini qaldıran vətəndaşın özü, digər tərəfdən etinasızlıq göstərərək yanan papiros kötüyünü yerə atır və meşə zolağının yanaraq məhvinə səbəb olur. Nazirlik bu cür məsuliyyətsizliyi qınayır və vətəndaşları belə halların baş verməməsi üçün diqqətli olmağa çağırır”.
ETSN əməkdaşları tərəfindən yanğın baş vermiş ərazidə artıq meşəbərpa tədbirlərinə başlanılıb. Təqsirkarların tapılıb cəzalandırılması üçün hüquq mühafizə orqanlarına müraciət olunub: "Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların isti keçməsi ilə əlaqədar əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi normalarına riayət etməyə, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə və meşələrimizi və yaşıllıqlarımızı qorumağa çağırır".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO
16:45 25.04.2025
"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO
Əvəz Zeynallı azadlığa buraxıldı
16:30 25.04.2025
Əvəz Zeynallı azadlığa buraxıldı
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
16:25 25.04.2025
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
Bakıda itkin düşən qızlar 9 gündür tapılmır -  Ümid azalır
16:20 25.04.2025
Bakıda itkin düşən qızlar 9 gündür tapılmır - Ümid azalır
Putin Kremldə Trampın xüsusi nümayəndəsi ilə görüş keçirir
16:10 25.04.2025
Putin Kremldə Trampın xüsusi nümayəndəsi ilə görüş keçirir
Kapital Bank-dan çağırış: Lisenziyasız proqramlardan istifadə təhlükəlidir
16:01 25.04.2025
Kapital Bank-dan çağırış: Lisenziyasız proqramlardan istifadə təhlükəlidir
Pakistan Hindistanın terror hücumu ilə bağlı ittihamlarını rədd etdi
15:58 25.04.2025
Pakistan Hindistanın terror hücumu ilə bağlı ittihamlarını rədd etdi
Binədə 52 yaşlı kişi qətlə yetirildi
15:48 25.04.2025
Binədə 52 yaşlı kişi qətlə yetirildi
AYB "Avroviziya"da bayraqlardan istifadəni məhdudlaşdırdı
15:34 25.04.2025
AYB "Avroviziya"da bayraqlardan istifadəni məhdudlaşdırdı
İcra başçısı Sahibkarlar Günü ilə əlaqədar “Ulduz” şokolad fabrikini ziyarət edib - FOTOLAR
15:33 25.04.2025
İcra başçısı Sahibkarlar Günü ilə əlaqədar “Ulduz” şokolad fabrikini ziyarət edib - FOTOLAR
Prezident və birinci xanım Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində olub - FOTOLAR
15:26 25.04.2025
Prezident və birinci xanım Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində olub - FOTOLAR
Naxçıvanda rəhbərlər üçün təlimlərə start verilib - FOTOLAR
15:13 25.04.2025
Naxçıvanda rəhbərlər üçün təlimlərə start verilib - FOTOLAR
Tramp Xamenei ilə görüşməyə hazırdır
15:06 25.04.2025
Tramp Xamenei ilə görüşməyə hazırdır
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam edir
15:02 25.04.2025
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam edir
"Həzi Aslanov" m/st-a yaxın, 2 otaq studiya mənzillər satışa çıxdı - "Highland Residence"!
15:00 25.04.2025
"Həzi Aslanov" m/st-a yaxın, 2 otaq studiya mənzillər satışa çıxdı - "Highland Residence"!
Faytonçu Nazim qəzəbləndi: "Kanallardakı özbaşınalıq nə zaman bitəcək?"
14:56 25.04.2025
Faytonçu Nazim qəzəbləndi: "Kanallardakı özbaşınalıq nə zaman bitəcək?"