Hacıqabulda kəndlərə sel gəldi, evləri su basdı

Hacıqabulda kəndlərə sel gəldi, evləri su basdı
HADİSƏ
09:20 07.05.2025
310
Ötən gecə yağan güclü leysan yağışları nəticəsində əmələ gələn sel suları Hacıqabul rayonunun Muğan qəsəbəsində ciddi fəsadlar törədib.

Harami dağından axan sel suları qəsəbə ərazisindəki evlərin zirzəmilərinə, həyətyanı sahələrə dolub.

Küçələrdə avtomobillərin və piyadaların hərəkəti çətinləşib. Vətəndaşlara məxsus ev quşları tələf olub, tərəvəz və bostan əkini sahələrinə ziyan dəyib.

Hazırda selin fəsadlarının aradan qaldırılması istiqamətində işlər görülür.
 
/report
OXŞAR XƏBƏRLƏR