Hacıqabulda ov edən ərəblərin gülləsi sərnişinlə dolu mikroavtobusa dəydi - FOTOLAR

Hacıqabulda ov edən ərəblərin gülləsi sərnişinlə dolu mikroavtobusa dəydi - FOTOLAR
SOSİAL
19:45 16.04.2017
16172
Hacıqabul rayonunda ov edən turistlərin gülləsi yol ilə hərəkət edən avtomobilə dəyib.

Ov tüfəngindən açılan atəş "Mercedes" markalı mikroavtobusun alın şüşəsinə dəyib. İnsident nəticəsində sürücü və sərnişinlər xəsarət almasa da, avtomobilə ziyan dəyib.

Bərdə rayonundan olan sürücü İman Seyidovun iddiasına görə, atəşi açanlar Hacıqabulda çöl quşu ovlayan ərəblər olub. Hadisə o, şəxsi avtomobili ilə Bakıya gedən zaman baş verib. Sürücü ona təqribən 1000 manat dəyərində ziyan dəydiyini bildirir.
 
///Report
 


OXŞAR XƏBƏRLƏR