Hacıqabul rayonu ərazisində güclü partlayış baş verib.
AZXEBER.COM xəbər verir ki, partlayış nəticəsində güclü yanğın qeydə alınıb.
Hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunub.
***
Fövqəladə Hallar Nazirliyi Hacıqabulda baş verən yanğınla bağlı məlumat yayıb.
İlkin məlumata əsasən, Hacıqabul rayonunda çöllük ərazidə qaz xəttində yanğın olması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
Əlavə məlumat veriləcək.