Avropa İttifaqı (Aİ) və Azərbaycan ikitərəfli tərəfdaşlığın inkişafını davam etdirmək niyyətlərini təsdiqləyib.
Bu barədə Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibi Kaysa Ollonqren Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyovla görüşünün yekunlarına dair "X" sosial şəbəkəsində yazıb.
"Dialoqun davam etdirilməsi yaxınlaşma istiqamətindəki hazırkı təkana davamlı xarakter vermək və Cənubi Qafqazda möhkəm sülh, sabitlik və rifahı təmin etmək üçün həlledici əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla Sürətlə dəyişən geosiyasi şəraitdə Aİ və Azərbaycan arasındakı münasibətlər məsələlərinə dair məzmunlu fikir mübadiləsi aparıldı. Biz tərəfdaşlığımızın daha da inkişaf etdirilməsi niyyətindəyik", - o yazıb.











































