Hacıqabulda yol qəzasında iki nəfər xəsarət aldı

Hacıqabulda yol qəzasında iki nəfər xəsarət aldı
SOSİAL
23:26 24.03.2022
276
Hacıqabulda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistralının Hacıqabul şəhər ərazisindən keçən hissəsində qeydə alınıb. "Mersedes” markalı avtomobil digər minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində 1985-ci il təvəllüdlü Aslanov Elşən Əlvida oğlu və 1991-ci il təvəllüdlü Orucova Günay İlqar qızı müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
 
///Report
OXŞAR XƏBƏRLƏR