“Sabah gənclər günüdür. Mən bütün gənclərimizi ürəkdən təbrik edirəm. Həyatımın, bütün ömrümünçox böyükbir hissəsi gənclərlə işə sərf edilib. Mən onların qayğılarını və hissiyatını gözəl bilirəm. Gənclər qanunvericiliyinin müəllifi olmuşam. Onların mənafelərinə xidmət edən, sosial müdafiəsinə yönələn layihələrin müəllifiyəm”.
Bu sözləri Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli söyləyib. Onun sözlərinə görə, gənclərimiz ölkə sosial iqtisadi həyatında fəal iştirak edirlər, təhsildə nümunülər göstərirlər, yüksəlir, inkişaf edirlər. Eyni zamanda təəssüf ki, bu gün gəncləri qıcıqlandıran, onların heysiyyatına toxunan, təxribat xarakterliçirkin addımlar da atılır. Cavanlarımız arasında mən fərq qoymuram. Müxalifətli, iqtidarlı hamısı bizim balalarımızdır. Onlar Azərbaycanın sabahıdırlar. Səhv yolda olanı, emosiyalara uyanı, mənfi təsirlər altına düşənləri düz yola gətirmək lazımdır və bu böyüklərin hər birinin borcudur. Onu da demək istəyirəm ki, ötən ilin sonunda AzTV-nin efirində müsahibə vaxtı heç bir söyüş səslənməyib. Sonralar sosial şəbəkələrdə bir söz bir neçə dəfə gücləndirilərək verilişə montaj olunaraq yayımlanıb. Montajda həmən söz əslində tək halında səslənib və qulaqcıqla belə dinlədikdə aydın görünür ki, heç cür gənclərə və hətta müxalifətə belə yönəlməyib. Həmin söz hər birimizin erməni lobbisinə, erməni diasporuna yönəltmək istədiyimiz ən dəqiq sözdür”. /// moderator.az