Hadise və Gülşen onu məhkəməyə verir

Hadise və Gülşen onu məhkəməyə verir
MAQAZİN
20:58 30.06.2026
174
"Qızımın bu hala düşməsinin səbəbi Hadise və Gülşendir" deyən müğənni Umut Akyürekə Gülşen və Hadise məhkəmə iddiası qaldırıblar.

Hadise və Gülşeni hədəf alan açıqlamalarını davam etdirən Akyürek "Mən Hadisəni və onun kimi populyar mədəniyyət simalarını ölənə qədər tənqid edəcəyəm. Alt paltarı ilə səhnəyə çıxanlar. Gülşən kimilər, sənət adı altında beş kişinin qollarında inləyərək biabırçılıq nümayiş etdirən insanlar ucbatından vəziyyət bu həddə çatıb... Bu işin ölçüsü artıq aşılıb və bundan sonra da aşılmağa davam edəcək."

Bu açıqlamalardan sonra məşhur müğənnilər Hadise və Gülşən Umut Akyüreki məhkəməyə vermək qərarına gəliblər.

Hər iki sənətçi müğənniyə qarşı mənəvi zərərin ödənilməsi (mənəvi təzminat) tələbi ilə məhkəmə iddiası qaldıracaq.

/olay.az
OXŞAR XƏBƏRLƏR