Türkiyənin tanınmış müğənnisi Hadisə məhkəməyə verilib.
AZXEBER.COM-un məlumatına görə, Eskişəhirdəki konsertini gec başlayıb, tez bitirdiyi üçün Təpəbaşı Bələdiyyəsi müğənnidən 10 min lira maddi təzminat istəyib.
Eskişəhirdə konserti yarımçıq qoyaraq tərk etdiyinə görə müğənni Hadisəyə və “Marca Event” şirkətinə təzminat davası açıb. Məhkəməyə səbəb isə müğənninin konsertdə 1 saat 30 dəqiqəlik çıxış ilə razılaşsa da, çıxışını 30 dəqiqəyə bitirməsi olub. Bu da təşkilatçıların qəzəblənməsi ilə nəticələnib.
Qeyd edək ki, tələb edilən təzminat baş verənlərin sadəcə maddi tərəfidir. Mənəvi təzminat hələ ki müəyyən olunmayıb.