xari

Hadisəyə növbəti zərbə məhkəmədən gəldi

MAQAZİN
17:56 22.04.2021
598
Türkiyəli müğənni Hadisəyə bir şok da məhkəmədən gəlib.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni Ebru Gündeşin 11 illik həyat yoldaşı, azərbaycanlı iş adamı Rza Zərrabı, xəyanət iddiaları ilə məhkəməyə verməsi ilə bağlı yayılan söz-söhbətlərin ardı-arası kəsilmir. 

E. Gündeş, R. Zərrabın onu aldatdığını etiraf etdikdən sonra, gizli eşq yaşadığı qadınlar arasında müğənni Hadisənin də olduğunu irəli sürmüşdü. 

Bu xəbərdən sonra Hadisə qəzəblənərək yayılan məlumatları təkzib edərək, dərhal məhkəməyə üz tutmuşdu. 

Müğənni günahsız olub, yayılan məlumatlara qadağa qoyulmasını tələb edib. 

Məhkəmə isə medianın müstəqilliyini nəzərə alaraq tələbləri rədd edib.
 
Nərmin Məmmədli

OXŞAR XƏBƏRLƏR