2013-cü il oktyabrın 9-u Azərbaycanda keçirilən prezident seçkisindən sonra bəzi ölkələrin maraqları təmin edilmədikdə seçkilərin nəticələrini tanımadıqlarını bəyan ediblər .
Müasir Müsavat Partiyası bu gün toplantı keçirib və həmin ölkələrin bu mövqeyini tənqid edən bəyanat verib. Bəyanatı partiyanın sədri Hafiz Hacıyev yayıb. Bəyanatda deyilir:
“Ölkədə keçirilən prezident seçkisi çox şəffaf və demokratik şəraitdə baş tutub və seçkinin keçirilməsini müşahidə edən minlərlə müşahidəçi olub. Həmin xarici müşahidəşilərin əksəriyyəti bu dəfəki seçkinin digərlərindən daha çəffaf keçdiyini elan ediblər. Bəzi qərbyönümlü müşahidəçilər isə əks açıqlama ilə çıxış ediblər. Eyni dairədə və məntəqədə müşahidə aparan ayrı- ayrı ölkələrin və təşkilatların nümayəndələrinin bir-birinə zid açıqlama verməsi məsələnin qərəzli olmasından xəbər verir. ATƏT DTİHTvə Avropa Parlamenti,arxasınca da ABŞ Dövlət Departamenti 9 oktyabr seçkilərini pis qiymətləndirərək ,birləşmə və toplaşma azadlığı və seçkiqabağı şəraitdə ciddi qanun pozuntularının və seçki prosesinə müdaxilə hallarının olması ilə bağlı bəyanat yayıblar.Halbuki seçkidə yüksək seçici aktivliyi mövcud idi. Bu aktivlik Azərbaycan xalqının demokratik proseslərə sadiq olduğunu bir daha sübut edib.
Beynəlxalq təşkilatların və ABŞ departamentinin bu cür bəyanatları onların 2-li standartlarla çıxış etməsi ölkədə bu qurum və dövlətlərə qarşı mənfi fikir formalaşdırır.
MMP siyasi fəaliyyətinin bütün dönəmlərində müstəqil Azərbaycan dövlətinin digər ölkələrlə mehriban qonşuluğa,qarşılıqlı iqtisadi ,bərabərhüquqlu əməkdaşlığa ,beynəlxalq hüquq normalarına əsaslanan xarici siyasət kursunun qəti tərəfdarı kimi çıxış edib,bu yöndə göstərilən bütün səyləri dəstəkləyibdir.9 oktyabrda Azərbaycanda keçirilən seçkilərə bir neçə Qərb ölkələrinin ,ABŞ-ı təmsil edən nüfuzlu şəxs və diplomatik korps nümayəndələrinin ,o cümlədən ATƏTDTİHT–nin obyektivlikdən uzaq, reallığı əks etdirməyən bəyanatları partiyada ciddi narahatlıq yaradıb.
MMP ATƏT DTİHT–nin ,Avropa Parlamenti və ABŞ Dövlət Departamentinin ikili standartlara əsaslanan,və demokratik ölkələrin strateji maraqları ilə uzlaşmayan çıxışlarını pisləyir, 10 illərdir istər yerli idarəetmə orqanlarına ,istərsə də parlament və prezident seçkilərində xalqın etimadını qazanmayan radikal qüvvələrə himayədarlığını Azərbaycan dövlətinin işinə qarışmaq kimi qiymətləndirir ,bu cür hərəkətlərin seçkiöncəsi və seçkisonrası siyasi gərginliyin artmasına ,sabitliyin pozulmasına ,vətəndaş qarşıdurmalarına hesablandığını deyir .Muasir Musavat Partiyası Qərb ölkələrinin ,ABŞ-ı təmsil edən nüfuzlu şəxs və diplomatik korps nümayəndələrindən ,o cümlədən ATƏT DTİHT–dən Azərbaycan xalqının suveren hüquqlarına ,vətəndaşların seşiminə hörmətlə yanaşmağı tələb edir.,əks təqdirdə adıçəkilən ölkə və qurumlara qarış etiraz aksiyalarına başlayacağını bəyan edir!”AZXEBER.COM