Hafiz Hacıyev də səs verdi

SİYASƏT
10:40 09.10.2013
1379
Bu gün Azərbaycan prezidentliyinə namizəd, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev 8 saylı Binəqədi I seçki dairəsi 31 saylı məntəqəsində səs verib.AZXEBER.COM-un APA-ya istinadla verdiyi məlumata görə, H.Hacıyev bildirib ki, seçki məntəqəsinə ailə üzvləri ilə deyil, tək gəlib: “Ailə üzvlərim başqa yerdə qeydiyyatdadır, iki oğlum isə ezamiyyətdədir. Bizim ailədə demokratik mühit var”.H.Hacıyev Azərbaycanın gələcəyinə səs verdiyini diqqətə çatdırıb: “Azərbaycandakı sabitliyi, iqtisadi inkişafını istəməyən bəzi qüvvələr var ki, onlara qarşı hər zaman mübarizə aparılıb və aparılacaq”.

OXŞAR XƏBƏRLƏR