Hafiz Hacıyev: Prezident seçilsəm Razi Nurullayevi QMİ-nin sədri təyin edəcəm

Hafiz Hacıyev: Prezident seçilsəm Razi Nurullayevi QMİ-nin sədri təyin edəcəm
SİYASƏT
16:36 06.04.2018
7837
Müasir Müsavat Partiyasından prezidentliyə namizəd Hafiz Hacıyev seçkilərdə qalib gələcəyi təqdirdə prezidentliyə namizəd Razi Nurullayevi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Hacı Allahşükür Paşazadənin yerinə təyin edəcəyini bildirib.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, Hacıyev prezident seçiləcəyi təqdirdə kimləri nazir postuna təyin edəcəyini də açıqlayıb.O bildirib ki, prezident seçiləcəyi təqdirdə baş prokuror vəzifəsinə Qüdrət Həsənquliyevi, səhiyyə naziri vəzifəsində Sərdar Cəlaloğlunu, təhsil naziri vəzifəsinə isə Abel Məhərrəmovu təyin edəcək. Həmçinin, baş nazir Artur Rasi-zadəni vəzifəsindən kənarlaşdıracaq.

Hafiz Hacıyevin açıqlamasına "Cəbhəçilərin Təşəbbüs Qrupu”ndan prezidentliyə namizəd Razi Nurullayev cavab verib. Razi Nurullayev Modern.az-a açıqlamasında bildirib ki, prezident seçilərsə, Hafiz Hacıyevi kənd təsərrüfatı naziri təyin edəcək. "Hafiz müəllimin prezident seçkilərində qalib gələcəyi təqdirdə məni Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Hacı Allahşükür Paşazadənin yerinə təyin edəcəyi fikrinə gəldikdə isə onu deyə bilərəm ki, ola bilər ki, o bunu yarızarafat, yarıciddi deyib. Mənim hazırda bir məqsədim var ki, prezident seçilim. Hesab edirəm ki, Hacı Allahşükür Paşazadə xalqını sevən və onun yanında olan biridir. Mən onun yerinə heç kimin göz dikməsini istəməzdim. O, vəzifəsinin öhdəsindən çox gözəl gəlir”.

Razi Nurullayev deyir ki, qalib gələcəyi təqdirdə hakimiyyətin əsas postlarına öz adamlarını təyin edəcək: "Bu, nazirliklərdir. Hesab edirəm ki, nazirlər prezidentin özünün seçdiyi əsas adamlar olmalıdır. Bütün nazirlər öz vəzifəsində qala bilməzlər”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
16:00 17.03.2026
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
15:54 17.03.2026
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
15:49 17.03.2026
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
15:41 17.03.2026
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
15:12 17.03.2026
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO
15:02 17.03.2026
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO
Tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirildi
14:50 17.03.2026
Tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirildi
Bu görüntüləri yayanları ağır cəza gözləyir
14:44 17.03.2026
Bu görüntüləri yayanları ağır cəza gözləyir
Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edildi
14:41 17.03.2026
Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edildi
Bu ölkələr dünyanın ən əsəbi sakinlərinə sahibdir
14:37 17.03.2026
Bu ölkələr dünyanın ən əsəbi sakinlərinə sahibdir
Parlament Prezidentlə xanımına təbrik məktubu ünvanladı
14:35 17.03.2026
Parlament Prezidentlə xanımına təbrik məktubu ünvanladı
Tarkan Bülent Ersoy üçün mahnı yazdı
14:28 17.03.2026
Tarkan Bülent Ersoy üçün mahnı yazdı
“Reuters”: İranın Ali Rəhbəri atəşkəsə dair təklifləri rədd edib
14:28 17.03.2026
“Reuters”: İranın Ali Rəhbəri atəşkəsə dair təklifləri rədd edib
Qayda pozan sürücülərə protokol verilməsində yeni QAYDA
14:24 17.03.2026
Qayda pozan sürücülərə protokol verilməsində yeni QAYDA
Netanyahunun Laricani və digərlərinin öldürülməsi əmrini verdiyi anın FOTOSU
14:21 17.03.2026
Netanyahunun Laricani və digərlərinin öldürülməsi əmrini verdiyi anın FOTOSU
"Bu, qadınların daha kütləvi şəkildə hərbi xidmətə cəlb edilməsi üçündür" - Hərbi ekspert
14:14 17.03.2026
"Bu, qadınların daha kütləvi şəkildə hərbi xidmətə cəlb edilməsi üçündür" - Hərbi ekspert