Hafiz Hacıyev yenə Bəxtiyar Hacıyevlə məzələndi

SİYASƏT
17:45 29.08.2013
3663
"Görəsən, o, 20-30 min dolları bir yerdə görüb?"
“20-30 min manatımız olsaydı, təbliğatımızla məşğul olardıq. Bu, ağlasığmaz rəqəmdir. Görəsən, mənim əmim oğlu 20-30 min dolları bir yerdə gözü ilə görüb?"
Bunu Teleqraf.com-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev əmisioğlu, gənc fəal Bəxtiyar Hacıyevin prezidentliyə namizədlərin təşviqat kampaniyasını sosial şəbəkədəki səhifəsində aparılması ilə bağlı təklifinə münasibət olaraq bildirib.
H.Hacıyev qiymətlərin bahalığından şikayətlənib: "Düşünmürəm ki, bugünkü prezidentliyə namizədlər içərisində o qədər imkanlı adam olsun. Şəxsən mənim elə bir imkanım yoxdur ki, o qədər pul verib kiminsə profilində özümü reklam elətdirim. Mənim reklama ehtiyacım yoxdur. Dünyada pisi də, yaxşını da tanıyırlar. Yüz nəfər məni yaxşıya tanıyırsa, 10 nəfər də pisə tanıyır. Bizim partiyanın 76 min üzvü var. Onların təbliğat-təşviqat işləri bəsdir. Qeydiyyatdan keçsək, televiziyada nə vaxt verəcəklərsə onunla da kampaniyamızı quracağıq. Mitinq və görüşlərimiz gözlənilir”.

OXŞAR XƏBƏRLƏR