Hafiz Paşayevlə nazirin maraqlı dialoqu - VİDEO

Hafiz Paşayevlə nazirin maraqlı dialoqu - VİDEO
SOSİAL
16:27 01.07.2026
405

Ötən gün elm və təhsil naziri Emin Əmrullayev və ADA Universitetinin rektoru Hafiz Paşayev tələbələrlə görüş keçiriblər.

AZXEBER.COM xəbər verir ki, görüş zamanı rektorla nazir arasında yaşanan səmimi dialoq iştirakçıların diqqətini cəlb edib.

Hafiz Paşayev çıxışı zamanı Emin Əmrullayevin televiziya müsahibələrini izlədiyini deyərək zarafatla bildirib:

"Televiziyada çıxışlarınızı izləyirəm. Bu gün burada sizinlə birlikdə sualları cavablandırmaq mənim üçün də maraqlıdır. Çünki bəzən televizorda verdiyiniz cavabları mən də tam başa düşmürəm. Bu gün çalışacağam daha yaxşı başa düşüm. Auditoriya maraqlı məsələdir – insan bir fikri deyir, amma qarşı tərəf onu tamam başqa cür qəbul edə bilir."

Rektorun bu sözləri zalda gülüşlə qarşılanıb. Emin Əmrullayev isə deyilənlərə təbəssümlə reaksiya verib, tələbələr də bu səmimi dialoqu alqış və gülüşlə qarşılayıblar.

 

OXŞAR XƏBƏRLƏR