AZXEBER.COM-un məlumatına görə, partia sədrinin Toliki təhqir edərək, ona xoşagəlməz sözlər ünvanlayıb: “Hər halda, görürəm Tolik məni yaman arzulayır. Bir axşam çalışaram da… Bir az belə şeylər pisdir və belə şeylərə meyilli deyilik. Amma çalışarıq ki, nəsə edək... Onu məhkəməyə verməyə ehtiyac yoxdur. Avropa ən pis ənənələrini Azərbaycana sırıdı. Buna Azərbaycan xalqı çox pis baxır. Avropanın özünün nə qədər çirkin oyunları var idisə, hamısını müsəlman dövlətlərinə transfer etdi. Bununla bağlı bir qanun olsa, pis olmazdı. Çünki belə insanlar Azərbaycanın milli mentalitetinə zərbə vururlar. Tolikkimilərin öz dəstəsini artırmaması üçün çalışmamalıyıq. Axşamlar metronun ətrafında özünə bənzər insanları yığıb orada xoşagəlməyən hərəkətlər edir. Onu metroya girən-çıxan hər kəs müşahidə edir. Eləsinin Azərbaycan cəmiyyətində yeri yoxdur”.
Bu mövzuya biganə qalmayan produsser Hafiz Hacıyevin bu sözlərini də cavabsız qoymayıb: "Hafiz sən hərdən bir az bazardan hörmət alda özüvə. Sən get həkimə yoxlatdır özüvü. Səndə gör kişilik funsiyları hələm fəaliyyətdədi? Birdə ki, sənin kimilər heç vaxt mənim zövqümdə olmayıb. Allah gör mən nə gündəyəm.
Qeyd edək ki, “Xəzər” televiziyasında yayımlanan “Hər şey daxil” verilişinin aparıcıları Sevil - Sevinc bacılarının canlı yayımda milli valyutamız olan manatı cırması Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə prodüser Toliki üz-üzə qoyub. Belə ki, prodüser partiya sədrinin əkizləri tənqid etməsinə qarşı çıxıb.
Ozal İbrahimli